AZ

Şəkidə “Heydər Əliyev irsində Azərbaycançılıq və milli-mənəvi dəyərlər” mövzusunda konfrans keçiriləcək

İyunun 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Şəki şəhərində "Heydər Əliyev irsində Azərbaycançılıq və milli-mənəvi dəyərlər" mövzusunda regional konfrans keçiriləcək. Komitədən "Olaylar"a bildirilib ki, tədbirdə Dövlət Komitəsinin, Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatları, hüquq mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri, ilahiyyatçılar, din xadimləri və dini icma sədrlərinin iştirakı gözlənilir.

Konfransın məqsədi müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ümummilli Lider Heydər Əliyevin cəmiyyətin ideoloji əsaslarını təşkil edən azərbaycançılıq məfkurəsinin inkişafındakı müstəsna xidmətlərini, bu ideologiyanın dövlətçilik ənənələri və mənəvi dəyərlərin qorunmasındakı rolunun təbliğidir. Eyni zamanda, konfransda azərbaycançılıq ideologiyasının müasir dövrdə üzləşdiyi yeni çağırışlar, qloballaşma prosesləri və informasiya texnologiyalarının inkişafı şəraitində mənəvi irsin qorunaraq gələcək nəsillərə ötürülməsi məsələləri müzakirə olunacaqdır.
Tədbir çərçivəsində "Azərbaycançılıq məfkurəsi: milli birliyin əsası kimi" və "Ənənə, din və milli kimlik" mövzuları üzrə panel müzakirələrin təşkili,  eyni zamanda din xadimləri üçün təlimin keçirilməsi nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
13
olaylar.az

1Mənbələr