AZ

Koxalski və Zubir Çempionlar Liqasının ən yaxşılarından oldu

BAKI, 2 iyun. TELEQRAF

“Qarabağ”ın futbolçuları UEFA Çempionlar Liqasının 2025-2026 mövsümünün ən yaxşıları sırasında yer alıblar.
Teleqraf xəbər verir ki, mövsüm başa çatdıqdan sonra açıqlanan UEFA-nın “FedEx Performance Zone” statistik hesabatına əsasən, Ağdam klubunun qapıçısı Mateuş Koxalski turnirdə etdiyi 45 seyv ilə ən çox qurtarış edən qapıçılar sırasında 4-cü pillədə qərarlaşıb.

Polşalı qolkiper yalnız Nikita Haykin, Tibo Kurtua və Uğurcan Çakırdan geri qalıb.

Abdullah Zubir meydanın rəqibə aid olan 1/3 hissəsindəki mübarizələrdən 14 dəfə qalib ayrılıb. Yalnız PSJ-nin ulduzu Vitinyadan geri qalan fransalı yarımmüdafiəçimiz 2-ci yerə şərik olub.

Seçilən
164
23
teleqraf.com

10Mənbələr