AZ

Bu ölkədə kral ailəsinə məxsus helikopter qəzaya uğradı

İngiltərədə Kral Hərbi Dəniz Qüvvələrinə məxsus helikopter ölkənin cənub-qərbində qəzaya uğrayıb.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, Kral Hərbi Dəniz Qüvvələri ölkənin cənub-qərbindəki Devon qraflığında helikopterin qəzaya uğradığını bildirib.

Əraziyə polis və təcili yardım briqadaları göndərilib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb, lakin əlavə təfərrüat verilməyib.
 

Qeyd edək ki Kral Donanmasının iki hava bazası Devon yaxınlığında yerləşir. Avropanın ən böyük helikopter bazalarından biri olan RNAS Culdrose Kornuollda Helston yaxınlığında yerləşir, Somersetdəki RNAS Yeoviltonda isə 100-dən çox təyyarə var.

Billurə

Seçilən
5
4
olke.az

5Mənbələr