AZ

Ukraynanın hərbi rəhbərliyi Ostinlə danışdı

Ukrayna müdafiə naziri Rüstəm Umerov və Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski Pentaqon rəhbəri Lloyd Ostinlə telefon danışığı aparıb.
Aktual.az xəbər verir ki, bu barədə Umerov Feysbuk hesabında məlumat yayıb.
Bildirilib ki, söhbət zamanı Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun (Ramştayn) növbəti iclasına hazırlıq müzakirə olunub. Umerov Ostinə cəbhədəki əməliyyat vəziyyəti ilə bağlı məlumat verib.
Onlar həmçinin Ukraynanın orta və qısamüddətli ehtiyaclarını və konkret tələblərini müzakirə ediblər.
Seçilən
232
50
aktual.az

10Mənbələr