AZ

Misir və Britaniya XİN rəhbərləri Qəzzadakı vəziyyəti müzakirə ediblər

Misir və Böyük Britaniya xarici işlər nazirləri Qəzzadakı vəziyyəti müzakirə ediblər.

APA xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Böyük Britaniya XİN rəhbəri Ceyms Kleverlinin Qahirəyə səfəri çərçivəsində onun misirli həmkarı Sameh Şükri ilə baş tutan görüş zamanı Qəzzadakı hərbi gərginlik, eskalasiyanın aradan qaldırılması istiqamətində regional və beynəlxalq səylər, Qəzza zolağına humanitar yardım çatdırılması məsələsinin prioritetə çevrilməsi və münaqişənin miqyasının genişlənməsinin qarşısının alınması məsələləri müzakirə olunub.

Misir
Seçilən
516
20
apa.az

10Mənbələr