AZ

Təmsilçilərimizin Konfrans Liqasında cavab oyunları

Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçiləri “Sabah” və “Zirə” bu gün II təsnifat mərhələsində cavab oyunlarına çıxacaqlar.
“Sabah” “Əlincə” stadionunda İsrailin “Makkabi” (Hayfa) komandasını qəbul edəcək, “Zirə” isə Slovakiyada yerli “Dunayska Streda”nın qonağı olacaq. “Sabah” - “Makkabi” oyunu İctimai TV, “Dunayska Streda” - “Zirə” görüşü isə CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, ilk matçlarda “Sabah” səfərdə 3:0, “Zirə” isə evdə 4:0 hesablı qələbə qazanıb.
 
1 avqust
 
“Sabah” - “Makkabi” (Hayfa)
Əlincə stadionu. Saat 20:00
Baş hakim: Peter Kraloviç
Baş hakimin köməkçiləri: Tomaş Straka, Matej Zemko
Dördüncü hakim: Boris Marhefka
(Hakimlər briqadası Slovakiyadandır)
 
“Dunayska Streda” - “Zirə”
DAC Arena. Saat 22:30
Baş hakim: Jovan Kachevski
Baş hakimin köməkçiləri: Slagjan Markoski, Branko Putilin
Dördüncü hakim: İvana Projkovska
(Hakimlər briqadası Şimali Makedoniyadandır)
Seçilən
208
3
affa.az

4Mənbələr