AZ

Çində kömür mədənində qəza baş verib, 3 nəfər ölüb

Çində kömür mədənində qəza baş verib, 3 nəfər ölüb

Çinin cənub-qərbindəki Yunnan əyalətindəki Qutu kömür mədənində baş vermiş qəza nəticəsində azı 3 şaxtaçı ölüb, daha 3 nəfər itkin düşüb.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bu barədə Veysin dairəsinin təbliğat şöbəsi məlumat yayıb.

Məlumatda qeyd edilib ki, fövqəladə hadisə Pekin vaxtı ilə saat 05:40-da Santao kəndində baş verib və ərazidə qaya uçub. Hadisə qaz sızması ilə müşayiət olunub.

Şaxtada axtarış-xilasetmə işləri başlayıb. Hadisənin səbəblərinin aydınlaşdırılması ilə bağlı araşdırma aparılır.

Mənbə: AZƏRTAC

Seçilən
25
4
ilk.az

3Mənbələr