EN

"Kəpəz"in məşqçisi: "Təcrübə çatmadı"

Gəncə təmsilçisinin məşqçisi Xaliq Mərdanov oyundan sonra təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. "Kəpəz" Misli Premyer Liqasının V turunda öz meydanında "Sabah"a 2:3 hesabı ilə məğıub olub. Matc.az xəbər verir ki, Gəncə təmsilçisinin məşqçisi Xaliq Mərdanov oyundan sonra təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: - Rəqibi qələbə münasibətilə təbrik edirəm. Komandanı 3 günə hazırlamışam. Bu müddət ərzində çox böyük iş görməmişik. Sadəcə motivasiyanı qaldırmışıq. Çalışırdıq ki, əks-hücumda oynayaq. İstəyimizə nail olmuşduq. Sadəcə təcrübə çatmadı ki, üstünlüyümüzü qoruyaq. - Komadanın əsas problemi nədir? - Elə böyük problem görmədim. Futbolçularda bir az ruh düşkünlüyü var. Onlara bildirdim ki, özlərinə inanmalıdırlar. - Qələbə hesabını qoruya bilməməyinizin əsas səbəbi nədir? - Bütün fubolçulardan razıyam. Hamı əlindən gələni etdi. Bayaq da deyimim kimi, təcrübə çatmadı. Rəqib daha təcrübəli olduğu üçün bizi cəzalandırdı. Onların ustalıq səviyyəsi də bizdən üstün idi.    

Chosen
79
6
matc.az

10Sources