AZ

"Kəpəz"in məşqçisi: "Üstünlüyümüzü qorumaq üçün təcrübə çatmadı"

"Kəpəz" Azərbaycan Premyer Liqasının 5-ci turunda öz meydanında "Sabah"a 2:3 hesabı ilə məğıub olub.

Apasport.az xəbər verir ki, Gəncə təmsilçisinin məşqçisi Xaliq Mərdanov oyundan sonra təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Rəqibi qələbə münasibətilə təbrik edirəm. Komandanı 3 günə hazırlamışam. Bu müddət ərzində çox böyük iş görməmişik. Sadəcə motivasiyanı qaldırmışıq. Çalışırdıq ki, əks-hücumda oynayaq. İstəyimizə nail olmuşduq. Sadəcə təcrübə çatmadı ki, üstünlüyümüzü qoruyaq.

- Komadanın əsas problemi nədir?

- Elə böyük problem görmədim. Futbolçularda bir az ruh düşkünlüyü var. Onlara bildirdim ki, özlərinə inanmalıdırlar.

- Qələbə hesabını qoruya bilməməyinizin əsas səbəbi nədir?

- Bütün fubolçularsan razıyam. Hamı əlindən gələni etdi. Bayaq da deyimim kimi, təcrübə çatmadı. Rəqib daha tücrübəli olduğu üçün bizi cəzalandırdı. Onların ustalıq səviyyəsi də bizdən üstün idi.

Roman Qriqorçuk: "Nəticədən narazı qaldım"

Premyer Liqa: "Neftçi" 3 xala həsrət qalıb - YENİLƏNİB

“Fulhem” “Arsenal”ın futbolçusunu icarəyə götürüb

Cəlal Hüseynov 90 dəqiqə oynadı, komandası heç-heçə etdi

“Qarabağ”ın futbolçusu milliyə çağrılıb

Seçilən
74
6
apasport.az

10Mənbələr