AZ

"Oyunçuların təcrübəsi, ustalığı çatmadı" - Xaliq Mərdanov

style='margin-bottom:10px;'>

"Komandanı üç günə hazırlayıb meydana çıxartmışıq. Böyük bir iş görməmişik. Sadəcə olaraq uşaqların əhval-ruhiyyəsini qaldırmağa çalışmışıq".

QOL.az xəbər verir ki, bu sözləri "Kəpəz"in məşqçisi Xaliq Mərdanov Misli Premyer Liqasının 5-ci turunda bu gün "Sabah"la keçirilən oyundan (2:3) sonra mətbuat konfransında deyib.

"Kəpəz" oyunda 2:0 önə keçsə də, "Sabah" 3 qol vuraraq əzmkar qələbə qazanıb. Mərdanov məğlubiyyəti belə şərh edib: "Oyuna kökləməyə səy göstərmişik. Bu oyunu əks-hücumlarda qurmuşduq. Rəqibi belə həmlələrdə yaxalayıb, məqsədimizi həyata keçirmək istəyirdik. Buna da nail olmuşduq. Amma oyunçuların təcrübəsi, ustalığı çatmadı. Bəzi səhvlərə yol verdik və məğlub olduq".

Seçilən
83
9
teleqraf.com

10Mənbələr