AZ

“Rəqib daha tücrübəli olduğu üçün bizi cəzalandırdı”

Misli Premyer Liqasının 5-ci turunda “Kəpəz” “Sabah”ı qəbul.edib və rəqibinə uduzub – 2:3.

İdmanxeber.az-ın məlumatına görə, Gəncə təmsilçisinin məşqçisi Xaliq Mərdanov oyundan sonra təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Rəqibi qələbə münasibətilə təbrik edirəm. Komandanı 3 günə hazırlamışam. Bu müddət ərzində çox böyük iş görməmişik. Sadəcə motivasiyanı qaldırmışıq. Çalışırdıq ki, əks-hücumda oynayaq. İstəyimizə nail olmuşduq. Sadəcə təcrübə çatmadı ki, üstünlüyümüzü qoruyaq.

– Komadanın əsas problemi nədir?

– Elə böyük problem görmədim. Futbolçularda bir az ruh düşkünlüyü var. Onlara bildirdim ki, özlərinə inanmalıdırlar.

– Qələbə hesabını qoruya bilməməyinizin əsas səbəbi nədir?

– Bütün fubolçularsan razıyam. Hamı əlindən gələni etdi. Bayaq da dediyim kimi, təcrübə çatmadı. Rəqib daha tücrübəli olduğu üçün bizi cəzalandırdı. Onların ustalıq səviyyəsi də bizdən üstün idi.

Seçilən
69
1
idmanxeber.az

10Mənbələr