Rusiya və Ukrayna arasında danışıqların yeni mərhələsi iyunun ortalarında Vatikanda keçirilə bilər.
Operativ Media xəbər verir ki, bu barədə "Wall Street Journal" (WSJ) mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, bu danışıqlarda ABŞ-nin dövlət katibi, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Marko Rubio, həmçinin Ukrayna üzrə xüsusi elçi Keyt Kelloqun da daxil olduğu Amerika nümayəndə heyəti də iştirak edəcək.
Bundan əvvəl yeni Roma Papası XIV Leo Ukraynada sülh prosesini asanlaşdırmağa, o cümlədən Vatikan ərazisini danışıqlar platforması kimi təqdim etməyə hazır olduğunu bəyan edib. Bu təşəbbüs ABŞ prezidenti Donald Tramp tərəfindən müsbət qarşılanıb.