AZ

Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı olub

Rusiya Prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Tramp arasında növbəti telefon danışığı olub.

"Report" TASS-a istinadən xəbər verir bu barədə jurnalistlərə Rusiya Prezidentin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

Rusiya və ABŞ liderləri arasında telefon danışığının müddəti 50 dəqiqə olub.

"Söhbət təxminən bir saat, daha dəqiq desək, 50 dəqiqə davam etdi. Məlumatlı, səmimi və ən əsası çox faydalı oldu", - Uşakov deyib.

Seçilən
57
1
report.az

10Mənbələr