AZ

ABŞ Ukraynaya silah tədarükünün dayandırılacağını proqnozlaşdırıb

ABŞ prezidenti Donald Trampın administrasiyası Ukraynanı silahla təchiz etməyi dayandıra bilər, lakin Kiyevlə kəşfiyyat məlumatlarını paylaşmağı dayandırması çətin görünür.

Editor.az bu barədə “Foreign Policy”ə istinadla xəbər verir.

Məlumata görə, Ukrayna Trampın tezliklə fikrini dəyişəcəyinə və Ukraynaya daha çox yardım göstərməyə başlayacağına inanmaqda davam edir.

Bununla belə, müəlliflər hesab edirlər ki, Trampın həm Moskvanı, həm də Kiyevi razılığa gələ bilməməkdə, diplomatiyada fəal iştirakdan imtina etməkdə və Kiyevi Amerika silahları ilə təchiz etməyi dayandırmaqda ittiham etməsi ehtimalı daha yüksəkdir.

“Amerika siyasətçiləri, o cümlədən əksər respublikaçılar başa düşürlər ki, Vaşinqtonun Ukraynanın mümkün dağılmasından itirəcəyi çox şey var. Birləşmiş Ştatlar Vaşinqtona çox baha başa gəlməyəcəksə, əvvəlki dəstəyinə bənzər təkliflər verə bilər və yəqin ki, edəcək”, – mətndə deyilir.

FP-nin Ağ Evdəki mənbələri bildiriblər ki, Tramp administrasiyası Ukraynanın ABŞ-ın peyk kəşfiyyatına çıxışını dayandırmayacaq, çünki onlar Ukrayna Silahlı Qüvvələrinin “gözü və qulağı”dır.

//Gülnarə Abasova, Editor.az

Seçilən
82
39
editor.az

10Mənbələr