Cümə axşamı ABŞ prezidenti Donald Tramp və Çin lideri Si Cinpin arasında telefon danışığından sonra ABŞ və Çinin yüksək səviyyəli nümayəndə heyətləri "ticarət müharibəsi"nə son qoymaq üçün danışıqlara başlayıblar.
Publika.az xəbər verir ki, bazar ertəsi İngiltərənin paytaxtı Londonda dünyanın iki ən böyük iqtisadiyyatı arasında ticarət danışıqlarının yeni mərhələsi başlayıb.
Danışıqlarda Çin Baş nazirinin müavini He Lifengın başçılıq etdiyi Çin nümayəndə heyəti və ABŞ-ın maliyyə naziri Skott Bessent və ticarət naziri Hovard Lutnik də daxil olmaqla Amerika nümayəndə heyəti iştirak edib.
Skott Bessent danışıqların yaxşı keçdiyini açıqlayıb. Hovard Lutnik də danışıqları məhsuldar adlandırıb.
Ağ Evdə jurnalistlərə açıqlama verən ABŞ prezidenti Donald Tramp "Çinlə bağlı yaxşı işlər görürük. Çin asan deyil. Aldığım bütün hesabatlar yaxşıdır” deyib.