"Bu adlandırılan missiyanın əməkdaşlarının nə ilə məşğul olduqları yaxşı məlumdur. Onlar Ermənistanla qonşu ölkələrə casusluq edirlər. Onlar İrəvana hesabat vermir və bölgədə sabitliyə heç bir töhfə vermirlər," - deyə Zaxarova vurğulayıb.
Rusiya rəsmisi həmçinin qeyd edib ki, Ermənistanda yerləşən Rusiya hərbi bazasının çıxarılması ilə bağlı İrəvandan heç bir siqnal daxil olmayıb.
"Ermənistan rəsmiləri, o cümlədən ictimai şəkildə bildirirlər ki, bu məsələ gündəmdə deyil. İrəvan anlayır ki, Rusiya hərbi mövcudluğu bölgənin təhlükəsizlik arxitekturasının vacib hissəsidir. Bu baza iki ölkə arasında imzalanmış müvafiq sənədlərlə tənzimlənir. Bu məsələ heç vaxt Azərbaycanla qarşılıqlı münasibətlərimiz kontekstində gündəmə gətirilməyib," - deyə Mariya Zaxarova əlavə edib.