EN

10 azərbaycanlı məşqçi Avropa çempionatına getdi - ADLAR

Azərbaycanlı məşqçilər Slovakiyada "Pro" kursunda iştirak edir.

Sportinfo.az xəbər verir ki, 9 azərbaycanlı məşqçi bunun üçün Slovakiyadadır.

Bunlar Fərid Namazov ("İmişli"), Elman Sultanov ("Baku Sportinq"), Rüstəm Məmmədov ("Zaqatala"), Zamir Həsənov (U-19 millisi), Aqil Nəbiyev (U-17 millisi), Rəşad Abdullayev ("Neftçi"nin əvəzedici komandası), Elnur Çodarov ("Şamaxı" və U-21 millisi), Vaqif Cavadov ("Sumqayıt") və Aleksandr Qrossdur (U-18 millisi).

Həmçinin, "Qarabağ"ın bolqarıstanlı fiziki hazırlıq üzrə məşqçisi Çudomir Çakarov da Pro kateqoriyası almağa çalışır.

Onlar Slovakiyanın 8 şəhərində – Bratislava, Trnava, Dunayska Streda, Koşitse, Jilina, Trençin, Nitra və Preşovda keçirilən 21 yaşadək futbolçuların Avropa çempionatını izləyir.

Məsələn, dünən paytaxt Bratislavada keçirilən Slovakiya – İspaniya (2:3) oyununu Fərid Namazov, Aqil Nəbiyev, Rüstəm Məmmədov, o cümlədən AFFA-nın təlimatçısı Osman Rəhimov izləyib. Həmçinin, Trençin şəhərində baş tutan Portuqaliya – Fransa (0:0) matçında da azərbaycanlı məşqçilər iştirak edib.

Yarış iyunun 28-də başa çatacaq. Ancaq məşqçilərimiz ancaq qrup mərhələsinin oyunları zamanı sözügedən turniri izləyib, onun təhlilləri əsasında Pro kateqoriyası almağa çalışacaq (prosport.az).

Chosen
16
sportinfo.az

1Sources