AZ

SON İDDİA - “Neftçi” yeni transfer üçün 700 min avro ödəyib

“Neftçi”nin İmad Farajın keçidi üçün AEK-ə (Kipr) ödədiyi məbləğ bəlli olub.

Sportinfo.az xəbər verir ki, “transfermarkt” “ağ-qaralar”ın 26 yaşlı fransalı üçün 700 min avro (təxminən 1,4 milyon manat) ödədiyini qeyd edib.

Farajın portalda bazar dəyəri 1 milyon avro olaraq qiymətləndirilir.

“Lill”in yetirməsi olan futbolçu “Neftçi” ilə 3 illik müqavilə imzalayıb.

"Lill" akademiyasında yetişən Faraj Fransa, Portuqaliya və Belçika liqalarında oynayıb, sonuncu klubu “AEK Larnaka” ilə Kipr kubokunun qalibi olub.

O, Fransanın U-16, U-17, U-18 və U-19 milli komandalarının şərəfini qoruyub.

İmad Faraj ötən mövsüm Kipr təmsilçisinin heyətində 40 rəsmi matça çıxaraq 7 qol vurub və 7 qolun ötürməsini edib.

"Neftçi" daha öncə Sessi D’Almeyda (son klubu “Apollon Limassol”), Luis Ortis (“Sportivo Ameliano”dan icarəyə götürülüb), Elvin Bədəlov (son klubu "Sumqayıt"), Murad Xaçayev (son klubu "Sumqayıt"), İqor Ribeyronu ("Araz-Naxçıvan") transfer edib.

Seçilən
18
50
sportinfo.az

10Mənbələr