Dünən axşamdan Ramil Şeydayevin "Neftçi"dən ayrılması ilə bağlı xəbər mətbuatda və sosial şəbəkələrdə gündəm olub.
Hələ həftələr öncədən baş məşqçi Samir Abasovun yeni mövsümlə bağlı planlarına milli üzvünü daxil etmədiyini xəbər vermişik.
Klubun azarkeşlərinin də onu görməyə gözü yoxdur.
Hücumçu isə yolların ayrılmasını yaxın buraxmır.
Belədə bir anda ortaya çıxan ayrılıq xəbəri "ağ qaralar"ın tərəfdarlarına sevinc bəxş etmiş oldu.
Amma dəyməzmiş.
Belə ki, klubdan əldə etdiyimiz məlumata görə,Şeydayevin "Neftçi"ni tərk etməsi həqiqəti əks etdirmir.
O, dünən baş tutan məşqdə iştirak edib.
Bəs bu gün?
Bu gün üçün kollektivə 1 günlük istirahət verilib.
Sabahdan hazırlıq bərpa olunacaq, məşqlərə qatılacaq futbolçular arasında Ramil də yer alacaq.
Hazırkı ana olan durum belədir
29 yaşlı oyunçu 2024-cü ilin yayından yayından “Neftçi”nin şərəfini qoruyur.
Onunla müddəti 2027-ci ilə qədər nəzərdə tutulan müqavilə qüvvədədir.
Təcrübəli futbolçunun heç kimin istəmədi ortamda qalması da səbəbsiz deyil.
İllik maaş təxminən 500 min dollar olan yarımmüdafiəçiyə indiki durumda heç bunun üçdə biri qədər əmək haqqı təklif edəcək klub çətin tapılsın.
Şeydayev də bunu yaxşı bilir.
Yalnız böyük miqdarda təzminat alaraq getməyi düşünür.
XANOĞLAN / SPORTİNFO.AZ