AZ

"Şamaxı" növbəti transferini rəsmən açıqladı

“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Komandamız isveçrəli futbolçu Karim Rossini heyətinə qatıb. 31 yaşlı hücumçu ilə birillik müqavilə imzalanıb.

Rossi son olaraq İsveçrənin “Şaffhauzen” klubunda çıxış edib.

Qeyd edək ki, "Şamaxı" daha öncə Emil Süleymanov ("Qəbələ", icarə), Oruc Məmmədov ("Səbail"), Həbib İsmayılov ("Neftçi"), Diogo Balaunu (Son klubu “Uniao Santarem”, Portuqaliya) transfer edib.

Seçilən
16
50
sportinfo.az

10Mənbələr