EN

İraq şiə lideri hadisələri böyük müharibənin başlanğıcı ADLANDIRDI – FOTO

İraq şiə lideri hadisələri böyük müharibənin başlanğıcı adlandırıb.

İnterpress.az xəbər verir ki, bu barədə İraq mediası məlumat yayıb.

İraq şiələrinin lideri Müqtəda əs-Sədr İsrailin İrana zərbələrindən sonra baş verənləri ABŞ-nin dəstəklədiyi böyük müharibənin başlanğıcı və şiddətlənməsi kimi qiymətləndirib.

O xəbərdarlıq edib ki, davam edən “təcavüz” bütün regionun gələcəyini təhdid edir.

Əl-Sədr İraqın hava məkanından hücumlar üçün istifadə edilməsini pisləyib və hakimiyyət orqanlarını pozanlara qarşı tədbir görməyə çağırıb.

O, həmçinin xarici təhlükə bəhanəsi ilə daxili manipulyasiya və siyasi təzyiqlərə qarşı xəbərdarlıq edib.

Xuraman Etibarlı

İnterpress.az

 

Chosen
50
36
interpress.az

10Sources