AZ

İran BMT-yə üz tutdu: Nə tələb edir?

İran BMT Təhlükəsizlik Şurasını İsrailin hava hücumları ilə bağlı təcili iclas keçirməyə çağırıb.

Publika.az xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.

“İran BMT Təhlükəsizlik Şurasına İsrailin hücumunu pisləməyi tələb edən təcili məktub göndərib və həmçinin təcili iclasın keçirilməsini istəyib”, - agentlik İranın BMT-yə ünvanladığı müraciətdən bu sitatı yayıb.

Qeyd edək ki, bundan əvvəl, iyunun 13-nə keçən gecə İsrail genişmiqyaslı hərbi əməliyyata başlayıb. Baş nazir Benyamin Netanyahunun sözlərinə görə, zərbələr "İranın nüvə zənginləşdirmə proqramının mərkəzini" hədəf alıb. Tehranın reaksiyası dərhal olub. İslam Respublikasının ali dini lideri Ayətullah Əli Xamenei İsrailin əməllərinə görə cavab verəcəyini bildirib. İran rəsmiləri də tez və sərt cavab verəcəyi ilə hədələyiblər.

Seçilən
64
36
publika.az

10Mənbələr