AZ

İran BMT TŞ-nin fövqəladə iclasının keçirilməsini tələb edir

BAKI, 13 iyun. TELEQRAF

İranın Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəliyi BMT Təhlükəsizlik Şurasına məktub göndərərək, İsrailin İrana qarşı həyata keçirdiyi hücumlara cavab olaraq fövqəladə iclasın keçirilməsini tələb edib.

Teleqraf xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.

Məktubda ABŞ-nin dəstəyi ilə İsrailin İranın nüvə obyektlərinə və yüksək vəzifəli rəsmilərinə qarşı etdiyi hücumlar sərt şəkildə pislənilib və beynəlxalq təşkilatdan bu hadisələrə qarşı ciddi tədbirlər görülməsi istənilib.

Sənəddə həmçinin qeyd olunur ki, İsrail qanunsuz və öncədən planlaşdırılmış hərbi əməliyyatlarla İranın nüvə obyektlərinə və mülki infrastrukturuna koordinasiyalı zərbələr endirib.

Bu hərəkətlərin BMT Nizamnaməsinin və beynəlxalq hüququn əsas prinsiplərinin kobud şəkildə pozduğu, həmçinin regional və qlobal sülh və təhlükəsizliyə ciddi təhdid yaratdığı vurğulanıb.

Seçilən
63
36
teleqraf.com

10Mənbələr