EN

Azərbaycan millisi Bakıda Moldova ilə iki yoxlama görüşü keçirəcək

Bakı, 13 iyun, AZƏRTAC

16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin iyunun 15-dən 21-dək Bakıda təlim-məşq toplanışı olacaq.

AFFA-dan AZƏRTAC-a bildirilib ki, toplanışa ümumillikdə 22 futbolçu dəvət olunub.

Yığma hazırlıq çərçivəsində iki yoxlama görüşü keçirəcək. Aqil Nəbiyevin yetirmələri iyunun 19-da və 21-də Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Hər iki görüş Binə stadionunda təşkil olunacaq və saat 18:00-da başlayacaq.

Chosen
6
4
azertag.az

5Sources