EN

İsrail raketləri vurmaq üçün lazer hava hücumundan müdafiə sistemindən istifadə etməyə başlayıb

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 17 iyun, AZƏRTAC

İsrail İranın raket və pilotsuz təyyarələrini vurmaq üçün ilk dəfə döyüş şəraitində “Iron Beam” lazer hava hücumundan müdafiə sistemindən istifadə etməyə başlayıb.

AZƏRTAC xəbər verir ki, bunu TASS agentliyinə müsahibəsində İsrailin Moskvadakı səfirliyinin nümayəndəsi deyib.

O, İranla qarşıdurmada bu sistemin döyüş şəraitində ilk dəfə istifadə edildiyinə aydınlıq gətirib.

“Iron Beam” sistemi lazer şüasından istifadə edərək qısamənzilli raketləri, minaatanları və artilleriya mərmilərini zərərsizləşdirmək üçün nəzərdə tutulub. Onun kiçik PUA-ları da məhv edə biləcəyi güman edilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
14
8
azertag.az

10Sources