EN

Saatlıda yol qəzasında iki nəfər xəsarət alıb

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Saatlı, 17 iyun, Aydın Yavərzadə AZƏRTAC

Saatlıda avtomobil yolu ilə dəmir yolunun kəsişməsində minik avtomobilinin idarəetmədən çıxması nəticəsində yol qəzası baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə saat 15 radələrində Saatlı-Məzrəli avtomobil yolunun kəsişdiyi dəmir yolu xəttinin Saatlı-Becar mənzilinin 99-cu kilometrliyindəki qorunmayan keçiddə qeydə alınıb.

77-CU-324 dövlət nömrə nişanlı "BMW" markalı minik maşını idarəetmədən çıxaraq keçidin ətrafında olan qoruyucu relsə çırpılaraq, yoldan kənara düşüb. Qəza zamanı xəsarət alan şəxslər - Neftçala rayon sakinləri, 1991-ci il təvəllüdlü Məlikova Aynurə Arif qızı və 2009-cu il təvəllüdlü Bədəlov Arif Babək oğlu Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, yaralılara dərhal təcili təxirə salınmaz tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
7
4
azertag.az

10Sources