AZ

Saatlıda avtomobil dəmir yolu keçidinə çırpılıb, 2 nəfər xəsarət alıb

Saatlıda avtomobil yolu ilə dəmir yolunun kəsişməsində minik avtomobilinin idarəetmədən çıxması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə saat 15 radələrində Saatlı-Məzrəli avtomobil yolunun kəsişdiyi dəmir yolu xətti Saatlı-Becar mənzili 99-cu kilometr 4-cü piketdəki qorunmayan keçiddə qeydə alınıb.

77-CU-324 dövlət nömrə nişanlı "BMW" markalı minik maşını idarəetmədən çıxaraq keçidin ətrafında olan qoruyucu relsə çırpılaraq yoldan kənara düşüb.

Qəzada Neftçala rayon sakinləri- 1991-ci il təvəllüdlü Məlikova Aynurə Arif qızı və 2009-cu il təvəllüdlü Bədəlov Arif Babək oğlu Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
2
4
apa.az

10Mənbələr