AZ

Saatlıda dəmir yolu keçidində qəza: 2 nəfər xəsarət alıb

SAATLI, 17 iyun. TELEQRAF

Saatlıda avtomobil yolu ilə dəmir yolunun kəsişməsində minik avtomobilinin idarəetmədən çıxması nəticəsində yol nəqliyyat hadisəsində 2 nəfər xəsarət alıb.

Teleqraf-ın yerli bürosunun xəbərinə görə, hadisə Saatlı-Məzrəli avtomobil yolunun kəsişdiyi dəmir yolu xətti Saatlı-Becar mənzili 99-cu kilometr 4-cü piketdəki qorunmayan keçiddə qeydə alınıb.

77-CU-324 dövlət nömrə nişanlı "BMW" markalı minik maşını idarəetmədən çıxaraq keçidin ətrafında olan qoruyucu relsə çırpılaraq yoldan kənara düşüb.

Qəza zamanı xəsarət alan şəxslər Neftçala rayon sakinləri, 1991-ci il təvəllüdlü Məlikova Aynurə Arif qızı və 2009-cu il təvəllüdlü Bədəlov Arif Babək oğlu Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, yaralılara dərhal təcili təxirə salınmaz tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
1
4
teleqraf.com

10Mənbələr