Saatlıda avtomobil yolu ilə dəmir yolunun kəsişməsində minik avtomobilinin idarəetmədən çıxması nəticəsində yol qəzası baş verib. SİA-nın bölgə müxbiri xəbər verir ki, hadisə saat 15 radələrində Saatlı-Məzrəli avtomobil yolunun kəsişdiyi dəmir yolu xəttinin Saatlı-Becar mənzilinin 99-cu kilometrliyindəki qorunmayan keçiddə qeydə alınıb.
77-CU-324 dövlət nömrə nişanlı "BMW" markalı minik maşını idarəetmədən çıxaraq keçidin ətrafında olan qoruyucu relsə çırpılaraq, yoldan kənara düşüb. Qəza zamanı xəsarət alan şəxslər - Neftçala rayon sakinləri, 1991-ci il təvəllüdlü Məlikova Aynurə Arif qızı və 2009-cu il təvəllüdlü Bədəlov Arif Babək oğlu Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, yaralılara dərhal təcili təxirə salınmaz tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.