Bakı. Trend:
Bu gün İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Telekommunikasiyaİttifaqı (BTİ) Şurasının illik sessiyası işinə başlayıb. İclasdaRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Azərbaycanın Cenevrəşəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında DaimiNümayəndəliyinin təmsilçilərindən ibarət heyət iştirak edir.
Təşkilatın idarəedici orqanı olan Şura BTİ-nin fəaliyyətininəlaqələndirilməsinə, müvafiq konvensiyaların tətbiqinə, o cümlədəntəşkilatın büdcə və maliyyə resurslarına nəzarəti həyata keçirir.Azərbaycan 26 sentyabr – 14 oktyabr 2022-ci ildə Buxarest şəhərindəBTİ-nin Səlahiyyətli Konfransında Şuraya üzv seçilib və bu orqandaŞurada təmsil olunan 48 ölkədən biri olub.
Sessiya çərçivəsində BTİ-nin İKT sahəsində qlobal siyasətinstrateji aspektləri və müasir çağırışlara cavab imkanları müzakirəedilir, təşkilatın fəaliyyətinin təkmilləşdirilməsinə dair fikirmübadiləsi aparılır.
Tədbirdə, həmçinin 17-28 noyabr 2025-ci il tarixlərindəBakıda keçiriləcək Ümumdünya Telekommunikasiyanın İnkişafıKonfransına (WTDC) hazırlıq prosesi diqqət mərkəzindədir.Sessiyanın ilk günü bu mövzu üzrə BTİ Telekommunikasiyanın İnkişafıBürosunun hesabatı dinlənilib.
Azərbaycan nümayəndə heyətinin rəhbəri, rəqəmsal inkişaf vənəqliyyat nazirinin müavini Saməddin Əsədov hazırlıq prosesinə dairtəqdimatla çıxış edib.
O, Bakı şəhərinin “WTDC-2025”ə ev sahibliyinin ölkəmiz üçünəhəmiyyətini qeyd edib və Azərbaycanın hamı üçün əlçatan, bərabərimkanlara əsaslanan rəqəmsal inkişafın təşviqinə, texnologiyavasitəsilə qlobal əməkdaşlığın gücləndirilməsinə sadiqliyinivurğulayıb.
“Beynəlxalq Telekommunikasiya İttifaqının fəaliyyət təqvimindəmühüm yer tutan bu konfrans qlobal telekommunikasiya inkişafınıngələcəyini formalaşdırmaq və ortaq rəqəmsal məqsədlərimizi irəliaparmaq baxımından əhəmiyyətli platforma olacaq”, – deyə SaməddinƏsədov bildirib.
Nazir müavini tədbir çərçivəsində BTİ-in Baş katibi Dorin BoqdanMartin, Telekommunikasiyanın İnkişafı Bürosunun direktoru KosmasZavazava ilə də görüşüb. Görüşlərdə BTİ ilə əməkdaşlığıngenişləndirilməsi imkanları və “WTDC-2025”ə hazırlıq prosesimüzakirə edilib.
Səudiyyə Ərəbistanı Krallığı və Polşa Respublikasınınnümayəndələri ilə keçirilən görüşlərdə isə rəqəmsal inkişaf üzrəikitərəfli əməkdaşlıq və BTİ çərçivəsində tərəfdaşlıqperspektivləri haqqında fikir mübadiləsi aparılıb.
Sessiya iyunun 27-dək davam edəcək.