EN

Bakıda döyüşmək mənim üçün xüsusi motivasiyadır - Azərbaycanlı UFC döyüşçüsü

Mən doğma tamaşaçı qarşısında çıxış etdiyim üçün xoşbəxtəm. Bakıda böyük dəstək hiss edirəm, burada döyüşmək mənim üçün xüsusi bir motivasiyadır. Qarşıdakı döyüş həm straykinqdə, həm də parter güləşində keçə bilər - əsas odur ki, bu, hər kəs üçün maraqlı olsun. İlk növbədə hər şey qələbəyə hədəflənəcək.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda keçirilən mətbuat konfransında "UFC Fight Night Baku"nun Azərbaycandan olan iştirakçısı, MMA döyüşçüsü Rafael Fiziyev bildirib.

Xatırladaq ki, "UFC Fight Night" turniri ilk dəfə olaraq 21 iyun tarixində Bakıda keçiriləcək. Baku Crystal Hall-da baş tutacaq döyüş gecəsində 6-ı əsas kartda, 6-ı isə ilkin kartda, olmaqla ümumilikdə 12 döyüş olacaq.

Bakıda UFC gecəsinin əsas döyüşü UFC-nin keçmiş yarım ağır çəki çempionu Camal Hill ilə keçmiş titul iddiaçısı Xəlil Rauntri arasında baş tutacaq.

Ən vacib ikinci döyüş isə yüngül çəkidə Azərbaycanlı döyüşçü Rafael Fiziev ilə çilili rəqibi İqnasio Baxamondes arasında keçiriləcək.

Həmçinin oktaqona çıxacaq azərbaycanlı döyüşçülər - Nazim Sadıxov və Tofiq Musayev müvafiq olaraq braziliyalı Nikola Mottaya və qırğızıstanlı Mıqtıbek Orolbaya qarşı döyüşəcəklər.

İlkin kart Bakı vaxtı ilə 20:00 başlayacaq.

Yarım yüngül çəki: İrina Alekseyeva (5-2-0, Rusiya) - Klaudiya Siqula (6-2-0, Polşa) Yarım-orta çəki: Sok Hyon Ko (1-0-0, Cənubi Koreya) - Oban Elliott (12-2-0, Uels) Ağır çəki: Hamdi Abdel Vahab (6-0-0, Misir) - Məhəmməd Usman (11-4-0, Nigeriya) Yarım yüngül çəki: Melisa Mallins (7-1-0, İngiltərə) - Darya Jeleznyakova (9-2-0, Rusiya) Orta çəki: İsmayıl Naurdiyev (24-7-0, Mərakeş) - Pak Çun Yon (18-6-0, Cənubi Koreya) Ən yüngül çəki: Taqir Ulanbekov (16-2-0, Rusiya) - Maksum Azat (17-1-0, Qazaxıstan)

Əsas döyüş kartı isə 23:00-da başlayacaq və döyüşlər aşağıdakı ardıcıllıqda olacaq:

Yarım yüngül çəki: Məhəmməd Naimov (12-3-0, Tacikistan) - Boqdan Qrad (15-2-0, Avstriya) Yüngül çəki: Nazim Sadıxov (10-1-1, Azərbaycan) - Nikolas Motta (15-5-0, Braziliya) Ağır çəki: Körtis Bleyds (18-5-0, ABŞ) - Rizvan Kuniyev (12-2-1, Rusiya) Yüngül çəki: Tofiq Musayev (UFC-də debyut, Azərbaycan) - Mıqtıbek Orolbay (13-2-1, Qırğızıstan) Yüngül çəki: Rafael Fiziev (12-4-0, Azərbaycan) - İqnasio Baxamondes (17-5-0, Çili) Yarım ağır çəki: Camal Hill (12-3-0, ABŞ) - Xəlil Rauntri C. (14-6-0, ABŞ)

Chosen
12
12
day.az

10Sources