EN

Kriptovalyuta bazarının son göstəriciləri

İyun ayının 20-də kriptovalyuta birjalarında "Bitcoin"in qiyməti cüzi azalıb.

"APA-Economics" xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 09:35-də “CoinMarketCap” platformasında 0.63% ucuzlaşaraq 104 420 ABŞ dolları təşkil edib.

Son bir gündə "Ethereum"un qiymətində azalma müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 0.86% azalaraq 2507 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 1.22%, BNB isə 0.41% ucuzlaşıb.

Qeyd edək ki, "Bitcoin"in ən yüksək qiyməti bu il mayın 22-də qeydə alınıb və qiyməti 110 min dolları ötüb.

Chosen
3
6
apa.az

10Sources