Azpolitika.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
İyun ayının 17-də kriptovalyuta birjalarında "Bitcoin"in qiyməti cüzi artıb.
"APA-Economics" xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 09:50-də “CoinMarketCap” platformasında 0.50% bahalaşaraq 107 120 ABŞ dolları təşkil edib.
Son bir gündə "Ethereum"un qiymətində isə azalma müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 1.07% azalaraq 2580 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 2.64%, BNB isə 0.20% bahalaşıb.
Qeyd edək ki, "Bitcoin"in ən yüksək qiyməti bu il mayın 22-də qeydə alınıb və qiyməti 110 min dolları ötüb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.