AZ

Rusiya İranın nüvə enerjisi əldə etməsinə kömək edəcək

İran Məclisinin (parlamentin) Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvləri dünən ölkənin Atom Enerjisi Təşkilatının Tehran reaktoruna və radiofarmasevtika istehsalı kompleksinə baxış keçirərək, bu sahədə görülən işlərin gedişi və əldə olunan nailiyyətlərlə tanış olublar.

Editor.az bildirir ki, bu barədə Komissiyanın nümayəndəsi İbrahim Rezayi deyib. İRNA xəbər verir ki, İranın Atom Enerjisi Təşkilatının rəhbəri ona həvalə edilmiş qurumun fəaliyyəti və onun proqramları barədə məlumat verərək, Buşəhr AES-in 2-ci və 3-cü enerji bloklarının tikintisi ilə bağlı açıqlamalar edib.

O, hər iki enerji blokunun tikintisinin tamamilə İran şirkətləri tərəfindən həyata keçirildiyini vurğulayıb: “Atom Enerjisi Təşkilatının rəhbərinin bəyanatına görə, Rusiya ilə bağlanmış müqaviləyə əsasən, İranda səkkiz atom elektrik stansiyası tikiləcək və onlardan dördü Buşəhrdə yerləşəcək”, – İbrahim Rezai Deyib.

//Samir Qurbanov, Editor.az

Seçilən
74
21
editor.az

10Mənbələr