“Neftçi”nin 2025/2026 mövsümünün hazırlığına başlayır.
Fanat.Az xəbər verir ki, “ağ-qaralar” iki mərhələdən ibarət təlim-məşq toplanışının birinci mərhələsini iyunun 25-dən iyulun 14-dək Bakıda, “Neftçi” Futbol Mərkəzində keçəcək.
Təlim-məşq toplanışının ikinci mərhələsi iyulun 15-dan avqustun 2-dək Polşanın Keltse şəhərində reallaşacaq. “Binkovski Hotel”də məskunlaşacaq komandamız bu mərhələ ərzində 4 yoxlama görüşü keçirməyi planlaşdırır. Oyunlar 17, 22, 27 iyul və 1 avqust tarixlərində baş tutacaq. Üçüncü matçda rəqib “Asteras Tripolis” (Yunanıstan), sonuncuda isə AEL (Kipr) olacaq.
Yoxlama görüşlərinin başlanma saatı və digər rəqiblər haqda daha sonra məlumat veriləcək.