Baskrtbol üzrə qızlardan ibarət U-16 yığmamız Qazaxıstana yollanıb.
Offsideplus.az xəbər verir ki, 16 yaşadək basketbolçulardan ibarət milli komandamız 22-25 iyun tarixlərində Qazaxıstanın Atrau şəhərində baş tutacaq "Airom Cup" beynəlxalq turnirində iştirak edəcək.
Avropa çempionatı öncəsi hazırlıq çərçivəsində U-16 seçməmiz turnirdə ilk oyunlarını 23 iyunda Qazaxıstan təmsilçiləri "Aul Sport" və "Barsy Atrau" klublarına qarşı keçirəcək.