İsveçrənin qadın futbolçulardan ibarət milli komandası bir neçə gün sonra bu ölkədə start götürəcək Avropa çempionatından öncə yoldaşlıq görüşündə qüvvəsini sınayıb.
Offsideplus.az xəbər verir ki, rəqib "Lutsern" klubunun 15 yaşlılardan ibarət komandası olub.
Oyun gözlənilmədən qadın futbolçuların 1:7 hesablı məğlubiyyəti ilə nəticələnib.
İsveçrə Futbol Federasiyası tezliklə Avropa çempionatının start götürəcəyini nəzərə alaraq yığmanın yoxlama matçının nəticəsini gizlətməyə çalışıb.
Ancaq oyundan fotoşəkillərin üzə çıxması federasiya rəsmilərinin ifşa olunmasına gətirib çıxarıb.