EN

ADY 29 iyunadək bəzi marşrutlara əlavə reyslər təyin etdi

BAKI, 26 iyun. TELEQRAF

Artan sərnişin tələbatı nəzərə alınaraq 26-29 iyun tarixlərində Bakı–Ağstafa–Bakı və Bakı–Qəbələ–Bakı xətləri üzrə də əlavə reyslər təyin edilib.

“Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) Teleqraf-a verilən məlumata görə, ADY 26-29 iyun qeyri-iş günlərində gücləndirilmiş rejimdə fəaliyyətini davam etdirir.

Artan sərnişin tələbatı nəzərə alınaraq 25 iyunda Bakı–Balakən qatarına əlavə 8 vaqon qoşulub.

Gecə qatarı ümumilikdə 13 vaqon olmaqla 100% doluluqla yola düşüb.

Qeyd edək ki, həftəiçi Bakı–Balakən–Bakı qatarı bir istiqamət üzrə 5 vaqon olmaqla orta hesabla 110 sərnişinə xidmət edir.

Chosen
3
25
teleqraf.com

10Sources