EN

Mourinyo Sanço transferini ləğv etdi

“Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo “Mançester Yunayted”in cinah futbolçusu Ceydon Sançonun Türkiyə klubuna transferini ləğv edib.

İdmanxeber.az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis oyunçunun alınmasına qarşı çıxıb. O, heyətdə peşəkar olan futbolçuları görmək istəyir. Transferdə sırf pula görə maraqlı olan, kluba sadiqlik nümayiş etdirməyə hazır olmayan futbolçulara ehtiyac duymur.

Cinah oyunçusu keçən mövsümü icarə əsasında “Çelsi”də keçirib.

Chosen
33
1
idmanxeber.az

2Sources