Son illər, Azərbaycanın müstəqil xarici siyasət yürütməsi, erməni işğalına son qoyması, bölgədə və dünyada güclənməsi Kreml ideoloqlarının ölkəmizi hədəf almasına səbəb olub. Kreml təşviqatçıları azərbaycanlılara qarşı nifrət püskürərək düşmən obrazı yaratmağa çalışırlar. Kreml sahibi Qarabağda məğlubiyyəti unuda bilmir. Unuda bilmir ki, Azərbaycanın mübariz ruhunu 1990, 1992, 1993-2020-ci illərdə qırğınlar, etnik təmizləmə, soyqrımı, müharibə, işğalla sındırmaq mümkün olmadı. Azərbaycanın qələbəsi Rusiyanın işğal siyasətinin ən böyük məğlubiyyəti oldu.
Rusiyada faşizm rebrendinq olunub, raşizmə çevrilib. Bu siyasətə Stalin ənənələrinə sadiq qalan Putin rəhbərlik edir. Amma ruslar gərək 1905-1907, Krım müharibəsini, Stalinin QULAQ-larını unutmasın, irqçilik siyasəti elə rusların özünü qurban edib, elə qırılan daha çox onlar olub... Xalqlar həbsxanasında qiyamı elə bu raşizm siyasəti yaradacaq.
Bu hadisə, bizə bir daha xatırladır ki, şovinizm və millətçiliyin hər növü insanlığa qarşı təhdiddir. Rus şovinizminin qarşısını almaq üçün səsimizi daha da ucaltmalı və beynəlxalq platformalarda bu cür cinayətləri ifşa etməliyik.
Azərbaycanı bu cür terror aktları ilə qorxutmaq mümkün deyil, biz bunu 1988-ci ildən dəfələrlə sübut etmişik. Bu gün də belədir, sabah da belə olacaq. Azərbaycana qarşı düşmənçiliyə son qoymaq ilk növbədə Rusiya üçün lazlmdır. SSRİ-nin çökməsinə də Azərbaycandan impuls verilmişdi".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31