EN

"Kəpəz"də daha 3 ayrılıq

“Kəpəz”də daha 3 ayrılıq yaşanıb.

Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

Müqaviləsi başa çatan Turan Manafov, Nicat Süleymanov və Camal Cəfərov komandanı tərk edib.

Müdafiəçi olan Manafov ötən mövsüm 28 çempionat matçında meydana çıxaraq 2 qol vurub, 2 assist edib.

Turandan fərqli, "Kəpəz"də ikinci mövsümünü keçirmiş Süleymanov 20 oyunda 1 qola imza atıb. Yarımmüdafiəçi 2022-2023-cü illər mövsümdə komandada 28 oyunda 2 dəfə fərqlənib.

Klubda icarə əsasında çıxış etmiş Camal Cəfərov da "Kəpəz"də ikinci mövsümünü keçirib. Orta xətt oyunçusu son çempionatda 31 matçda 2 qolla yadda qalıb. Bundan əvvəlki mövsümdə Cəfərov "sarı-göylər" adına 11 oyuna çıxıb.

“Qarabağ” yeni formalarını təqdim etdi - FOTO

“Qarabağ” “Salzburq”la qarşılaşacaq

Mahir vurdu, komandası qələbə qazandı

“Zirə”nin sabiq futbolçusu Çin klubunda

"Dinamo" keçidə razılıq verdi: "Qarabağ"a yeni müdafiəçi gəlir

Chosen
18
50
apasport.az

10Sources