“Moskva Azərbaycanla əlaqələrin pozulmasından təəssüflənir və münasibətlərin daha da inkişafında maraqlıdır”.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Biz qəbul edilmiş qərarlara görə təəssüflənirik. Kreml nümayəndələrinin fikrincə, hüquq-mühafizə orqanlarının hərəkətləri ilə bağlı məsələlər belə genişmiqyaslı məhdudiyyətlərə səbəb olmamalıdır”, - Kreml rəsmisi əlavə edib.