AZ

Kreml: Suriya rəhbərliyi Rus-Arəblər Zirvəsinə dəvət olunacaq

Kreml:

Kreml sözçüsü Dmitri Peskov, oktyabr ayında keçiriləcək Rusiya-Ərəb Zirvəsinə Suriya rəhbərliyinin dəvət olunacağını bildirib. Peskov qeyd edib:

“Suriya ilə mövcud rəhbərlik çərçivəsində əlaqələrimizi davam etdiririk və gələcəkdə də davam etdirəcəyik. Suriyada maraqlarımız var.”

Xalqcebhesi.az xəbər verir ki, Moskva şəhərində jurnalistlərin gündəmlə bağlı suallarını cavablandıran Peskov, ABŞ Prezidenti Donald Trampın Suriyaya qarşı sanksiyaları ləğv etmək qərarını da şərh edib. O, bu qərarın ABŞ-ın suveren qərarı olduğunu vurğulayıb.

Peskov, Suriya rəhbərliyinin zirvəyə dəvət olunacağını təkrar edərək belə deyib:

“Təbii ki, bu cür dəvətlər olacaq. Suriyanın mövcud rəhbərliyi ilə əlaqələri davam etdiririk və bu münasibətləri gələcəkdə də davam etdirmək niyyətindəyik. Suriyada bizim maraqlarımız var.”

Məryəm Quliyeva

Seçilən
9
49
xalqcebhesi.az

10Mənbələr