Rusiya Azərbaycan tərəfi ilə birbaşa təmaslar vasitəsilə saxlanılan jurnalistlərin azad edilməsinə nail olacağına ümid edir. Bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib.
“Biz jurnalistlərimizin saxlanılması ilə bağlı məlumatları diqqətlə izləyirik və ümid edirik ki, Azərbaycan tərəfi ilə birbaşa təmaslar nəticəsində onların azad olunmasına nail olacağıq”, – Peskov iyulun 1-də jurnalistlərə açıqlamasında vurğulayıb.
İyunun 30-da Azərbaycan Daxili İşlər Nazirliyi “Sputnik Azərbaycan”ın Bakı ofisində bir neçə şəxsin saxlanıldığını təsdiqləyib.
Nazirlikdən bildirilib ki, agentlik 2025-ci ilin fevralında akkreditasiyasının dayandırılmasına baxmayaraq, “qanunsuz maliyyələşmə” əsasında fəaliyyətini davam etdirib. Bu səbəbdən ofisdə əməliyyat-axtarış tədbirləri aparılıb.
Aytac