AZ

Kreml Azərbaycanda rusiyalı jurnalistlərin saxlanmasına münasibət bildirib

Rusiya Azərbaycan tərəfi ilə birbaşa təmaslar vasitəsilə saxlanılan jurnalistlərin azad edilməsinə nail olmağı düşünür.

Qaziler.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Biz jurnalistlərimizin saxlanılması ilə bağlı bu məlumatı çox diqqətlə izləyirik və təbii ki, çox yaxın gələcəkdə Azərbaycan tərəfi ilə birbaşa təmaslara keçərək onların azad edilməsinə nail olacağımızı düşünürük”, - Kreml nümayəndəsi vurğulayıb.

Peskov qeyd edib ki, media nümayəndələrinə qarşı bu cür tədbirlər ümumi qəbul edilmiş qayda və normalara, Rusiya-Azərbaycan münasibətlərinin ruhuna və mahiyyətinə tamamilə uyğun gəlmir.

"İnanırıq ki, bu ifrat emosional reaksiya birbaşa ünsiyyətlə əvəzlənəcək və bu zaman bütün suallara cavab veriləcək", - mətbuat katibi bildirib.

QAZİLER.AZ

Seçilən
9
50
qaziler.az

10Mənbələr