"Kreml olaraq bu qərarlardan dərin təəssüf hissi keçiririk," - deyə Prezidentin mətbuat katibi Dmitri Peskov bəyan edib.
Olaylar.az-ın məlumatına görə o, vurğulayıb ki, hüquq-mühafizə orqanlarının fəaliyyəti demarş üçün əsas olmamalıdır:
"Ədliyyə orqanlarının işi istənilən emosional addımlara səbəb olmamalıdır," - deyə Peskov qeyd edib.
O həmçinin qeyd edib ki, Rusiya Azərbaycanla mehriban münasibətlərin inkişafında maraqlıdır və gərginliyin artmasını istəmir.
Xatırladaq ki, Yekaterinburqda törədilən qətl və sui-qəsdlərlə bağlı iş üzrə Azərbaycan vətəndaşlarının saxlanılması Bakıda kəskin etiraz doğurub.
Rusiya İstintaq Komitəsi bu gün rəsmi şəkildə iki şübhəlinin istintaq təcridxanasında öldüyünü təsdiqləyib.