Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.
Bakıda dəfələrlə ötmə və manevr qaydasını pozan sürücünün təhlükəli hərəkətləri kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə aprelin 5-də, paytaxtın Balaxanı yolunda və Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, 90-LO-114 qeydiyyat nişanlı "Toyota" markalı avtomobilin sürücüsü öncə ötmə qaydasını pozaraq qarşıdan gələn nəqliyyat vasitəsinə təhlükə yaradıb. Daha sonra isə dəfələrlə görüntünü qeydə alan avtomobilin qarşısına keçərək onun hərəkətinə maneə yaradıb. Eyni zamanda bu hərəkətləri etməklə digər hərəkət iştirakçılarına təhlükəli vəziyyət yaradıb.
Fərid
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.