ain.az, Avtosfer portalına istinadən məlumat yayır.
Novxanı yolunda baş vermiş yol qəzasının görüntüsü anbaan avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə iyunun 30-da saat 15:14 radələrində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Opel” markalı maşın, 77-BG-577 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobilə çırpılıb. Kadrdan da göründüyü kimi, “Toyota”nın sürücüsü yola baxmadan hərəkət edib və nəticədə o, sol tərəfdən gələn maşınla toqquşub.
Təəssüf ki, bir qisim sürücülər yaxınlaşmaqda olan nəqliyyat vasitələrinə diqqət etmədən yola çıxırlar. Nəticədə onlar qəza şəraitinə, ən pis halda qəzalara səbəb olurlar. Belə təhlükəli halların baş verməməsi üçün sürücü hərəkətə başlamazdan öncə yolun boş olduğuna əmin olduqdan sonra hərəkətə başlamaılıdır.
Nərmin
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.