ain.az, Avtosfer saytına istinadən bildirir.
Sosial şəbəkələrdə yeni yayılan görüntülər cəmiyyət arasında narahatlıq doğurub. Belə ki, bəzi gənclər tərəfindən yayımlanan videolarda sükanı sürücü yox, sərnişin idarə edir, sürücünün özü isə mobil telefonda yazışmalarla məşğuldur.
Avtosfer.az xəbər verir ki, bu cür görüntülər sosial mediada "əyləncəli trend" kimi təqdim edilsə də, əslində həm sürücü, həm də digər yol hərəkəti iştirakçıları üçün ciddi təhlükə mənbəyidir. Paylaşılan görüntülərdə sürücü telefonla mesaj yazır, sükanı isə yanındakı sərnişin tutur. Avtomobil hərəkətdə olduğu üçün bu cür davranışın sonu qəza ilə nəticələnə bilər.
Qeyd edək ki, sükan arxasında mobil telefondan istifadə sürücünün diqqəti yoldan yayınır və qəza riskini dəfələrlə artırır. Üstəlik, nəqliyyat vasitəsini faktiki olaraq sürücülük vəsiqəsi olmayan şəxsə etibar etmək yol hərəkəti qanunvericiliyinə tamamilə ziddir.
Qanunvericiliyə əsasən, sükan arxasında telefonla məşğul olan sürücülər İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsilə 50 manat məbləğində cərimə oluna bilərlər.
Sosial şəbəkələrdə izləyici qazanmaq naminə edilən bu cür hərəkətlər özünüzün və başqalarının həyatını riskə atmaqdır. Bir anlıq diqqətsizlik ömürlük peşmanlıqla nəticələnə bilər.
Avtosfer.az olaraq bir daha xəbərdarlıq edirik ki, avtomobil nə oyuncaqdır, nə də sosial şəbəkədə gündəm yaratmaq üçün vasitə! Unutmayın, yolda etdiyiniz bir səhv geri dönməyən faciəyə səbəb ola bilər.
Fərid
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.