EN

Almaniya Ukraynaya silah istehsalını sürətləndirməyə kömək edəcək

Almaniyanın xarici işlər naziri Yohan Vadeful Kiyevə səfəri zamanı bildirib ki, Berlin Ukraynaya silah istehsalını sürətləndirməkdə kömək etmək niyyətindədir.

Operativ Media xəbər verir ki, bu barədə İnterfaks məlumat yayıb.

Nazir qeyd edib: "Biz birgə layihələr yaratmaq istəyirik ki, Ukrayna özü öz müdafiəsi üçün daha sürətli və daha çox istehsal edə bilsin, çünki onun ehtiyacları böyükdür".

Yohan Vadeful bəyan edib ki, Berlin və Kiyev arasında Ukrayna ərazisində silah istehsalı sahəsində əməkdaşlıq Almaniyanın Ukrayna hakimiyyətinə hərbi yardım göstərməsinin məntiqi davamıdır:

“Biz öz vəzifəmizi Ukraynaya daha güclü mövqedən danışıqlar apara bilməsi üçün kömək etməkdə görürük”.

Chosen
16
23
operativmedia.az

10Sources